Rivaldo və Skolari “Bakı”nın qarşısına çıxmayacaq

Rivaldo və Skolari “Bakı”nın qarşısına çıxmayacaq
XƏBƏR 27 Oktyabr 2009 / 14:08 2119
-  A +

Özbəkistanın “Bunedkor” klubu gələn ilin yanvarında Moskvada keçiriləcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik kuboku” turnirində iştirak etməkdən imtina edib. Qol.Az-ın məlumatına görə, bu haqda Özbəkistan çempionunun baş məşqçisi Luis Felipe Skolari qərar qəbul edib. Braziliyalı mütəxəssis bildirib ki, sözügedən turnir komandanın yeni mövsümə istədiyi kimi hazırlaşmasına maneə törədə bilər. Bu səbəbdən də Skolari Moskvadakı yarışmağa qatılmağı məqsədəuyğun hesab etməyib. Təcrübəli mütəxəssis eyni zamanda futbolçularının süni örtüklü meydançada zədələnmələrindən də çəkinir.
Xatırladaq ki, “Bunedkor”un heyətində dünya səviyyəli ulduz Rivaldo, eləcə də “Bakı”nın bir müddət əvvəl heyətinə qatmaq istədiyi Viktor Korpenko kimi oyunçular çıxış edir.  


Son xəbərlər