“Qəbələ” 2 min manat cərimələndi

XƏBƏR 27 Oktyabr 2009 / 13:04 2027
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Unibank Premyer Liqasının VIII turu çərçivəsində baş tutan “Turan” - “Qəbələ” matçının 33-cü dəqiqəsində rəqibini ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan qonaqların üzvü Anatoli Ostap 2 oyunluq cəzalandırılıb. Futbolçunun klubu - “Qəbələ” isə iki min manat cərimə olunub.


Son xəbərlər