"Xəzər Lənkəran" "Qarabağ"la oyuna Mingəçevirdə hazırlaşacaq

"Xəzər Lənkəran" "Qarabağ"la oyuna Mingəçevirdə hazırlaşacaq
XƏBƏR 27 Oktyabr 2009 / 10:57 1755
-  A +

Unibank Premyer Liqasının IX turunda Ağdamda "Qarabağ"la qarşılaşacaq "Xəzər-Lənkəran" oyunun hazırlıqlarına Lənkəranda start verib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, gündə iki dəfə olmaqla Lənkəranda məşq edəcək cənub təmsilçisi çərşənbə günü səhər məşqindən sonra Mingəçevir şəhərinə yola düşəcək və "Qarabağ"la oyunun hazırlıqlarını orada yekunlaşdıracaq. Ailə problemlərini həll etmək üçün Bolqarıstana yollanan Kostadin Cambazov isə komandanın məşqlərinə qatılmır.

 


Son xəbərlər