Millimizin baş məşqçisi: “Sübut etdik ki, Avropada istənilən güclü komandaya qarşı oynaya bilərik”

Millimizin baş məşqçisi: “Sübut etdik ki, Avropada istənilən güclü komandaya qarşı oynaya bilərik”
XƏBƏR 26 Oktyabr 2009 / 19:47 1924
-  A +

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Serbiya - Azərbaycan oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Oliver Pelzer qarşılaşmayla bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına açıqlayıb: “İki güclü komanda qarşılaşdı. Həm bizim, həm də Serbiya millisinin fərqlənmək üçün şansı oldu. Heç-heçə də hər iki komanda üçün pis nəticə deyil. Sübut etdik ki, Avropada istənilən güclü komandaya qarşı oynaya bilərik”.


Son xəbərlər