“Muğan”ın müdafiəçisi Ruslan Qafitullinin müsahibəsi
- Sonuncu oyunda kim qələbəyə kim daha yaxın idi - “Olimpik-Şüvəlan” yoxsa “Muğan”?
-Təbii ki, hər iki yarıda ərazi üstünlüyü tam olaraq bizdə idi. Hətta ilk 15-20 dəqiqə ərzində rəqib heç bir hucum belə qurmağa macal tapa bilmədi.Onlar birinci hissənin sonlarında və ikinci hissədə bir neçə effektiv hücumla yadda qaldılar.Komandamız isə yetərincə təhlükəli hücumlar etdi yalnız hər dəfə cüzi səhflər bizim rəqib qapısına yol tapa bilməyimizə imkan vermədi.Hər halda bizim üstünlüyümüz açıq şəkildə hiss olunurdu.
- Son matçda əsas heyyətdə çıxış edə bilməyən futbolçuların yoxluğu hiss olunurdumu?
- Əlbəttə, mənə elə gəlir ki, son bir neçə oyunlarda 3 xal qazana bilməməyimizin əsas səbəblərindən biri də zədəli və sarı vərəqə almış oyunçuların çoxluğu ilə bağlıdır. Vüsal, Arif, Cavad, Novruz kimi futbolçuların yoxluğu komanda üçün böyük itkidir. Əsas heyətdə çıxış edən bir və ya iki futbolçu olmadıqda sistemdə istər-istəməz dəyişiklik olunur və bu da öz təsirini nəticəyə müxtəlif cür göstərir. Sarı vərəqə almış futbolçular da ikili mücadilələrdə istənilən effekti göstərə bilmirlər və növbəti dəfə cəza almamaq üçün ehtiyatlı oynamağa üstünlük verirlər. Bu amilin də nəticəyə böyük təsir göstərdiyini nəzərə almaq lazımdır.
- Komandada əhval-ruhiyyə necədir?
- Deyərdim ki, hər şey öz qaydasındadır.Son matçda xal qazana bildik. Artıq olanlardan nəticə çıxarıb növbəti oyun haqda fikirləşməyin vaxtıdır. Zədəli komanda yoldaşlarımız tezliklə məşqlərə qoşulacaqlar. Bu məni bir kapitan kimi sevindirir. İstənilən halda növbəti oyuna qələbə üçün çıxacağıq.”Turan”ı doğma divarlar arasında qəbul edəcəyik. Ərazi üstünlüyümüzdən maksimum yararlanmalıyıq. “Turan” gözlənilməz çıxışları ilə azarkeşləri sözün yaxşı mənasında təəccübləndirən komandadır. Lakin mən bu matç üçün “Muğan”ı favorit sayıram.
- Premyer Liqa komandaları arasındakı rəqabəti necə qiymətləndirisiniz?
- Məncə Premier Liqada zəif komanda yoxdur. Rəqabət həqiqətən də yüksək səviyyədədir. Təbii ki, bu sevindirici haldır. Xüsusilə son turlar maraqlı oyunlarla və gözlənilməz nəticələrlə yadda qaldı. Biz bütün rəqiblərimiz güclü hesab edirik və rəqibdən asılı olmayaraq hər matça ciddi hazırlaşırıq. Son turlarda liderliyə namizəd olan komandaların eyni xalı toplaması və bir-bir ilə yalnız top fərqinə görə geridə qalması yüksək mübarizə şəraitinin olmasının bariz sübutudur.
Bir halı da müşahidə etmək mümkündür ki, komandalar bir-biri ilə az xal fərqi ilə seçilirlər və komandaların tutduqları mövqelər tez-tez dəyişilir. Bu həqiqətən də proqresdən xəbər verir.
- Komandanın qarşısına qoyduğu məqsədinə çatacağına inanırsınızmı?
- İnamım sonsuzdur. Mənə elə gəlir ki, komandanın hədəfə çatmaq üçün yetərincə potensialı var. Mütəxəssislər dediyi kimi “Muğan” çox baxımlı futbol nümayiş etdirir. İlk “altılıq”da yer almaq üçün “Muğan”ın kifayət qədər şansı var. Hələ əsas oyunlar qabaqdadır. Turnir cədvəlindəki mövqeyimizi xeyrimizə dəyişmək üçün kifayət qədər imkanlarımız olacaq. Əsas məqsəd odur ki bu imkanlardan maksimum dərəcədə faydalanmalı və istənilən matçdan xal qazanmağa çalışmalıyıq.
Mənbə: “Muğan”ın rəsmi internet saytı
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər