Maliyyə probelmərinə görə dağılmaq təhlükəsi ilə üzləşən “Turan” klubu yeni sponsor tapıb. Bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
“Komanda rəhbərliyinin problemlərlə bağlı mənə məlumat verdiyi gündən bu məsələnin həlli ilə məşğul olurdum. Bu gün səhər yenidən “Turan”ın prezidenti ilə danışdım. Artıq problemlərin həll olunduğunu və sponsorlarla danışıqlar getdiyini bildirdi..
Musayev bildirib ki, gələn mövsümdən Premyer-Liqada 12 komanda iştirak edəcək: “Gələn mövsümdə klubların sayı 12 olacaq və Premyer-Liqa oyunları 4 dövrəli sistemlə keçiriləcək. İlk iki mərhələdə ən yaxşı 6 komanda müəyyənləşəndən sonra, bu klublar öz aralarında mükafatlar uğrunda mübarizə aparacaqlar. Qalan 6 komanda isə, Premyer -Liqadakı yerini qorumağa çalışacaq”, - deyə Musayev əlavə edib.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"