Nizami Sadıqov heç bir oyunçusundan razı qalmayıb

Nizami Sadıqov heç bir oyunçusundan razı qalmayıb
XƏBƏR 25 Oktyabr 2009 / 18:26 2125
-  A +

"Komandamızda sanki bir xəstəlik var. Hücumda yaratdığımız qol epizodlarından istifadə edə bilmirik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”ylə oyunsonrası mətbuat konfransında “Turan”ın baş məşqçisi Nizami Sadıqov deyib. N.Sadıqov bildirib ki, komandası müdafiədə inamsız təsir bağışlayır: “Müdafiədə isə çox asan qollar buraxırıq. Bu problemləri aradan qaldırmalıyıq. Əks təqdirdə ciddi tədbirlər görməli olacağıq. Bu gün meydanda olan heç bir futbolçunun oyunundan razı qalmadım".

Daha çox


Son xəbərlər
topaz banner