“Qəbələ”nin heyətində itkilər var

XƏBƏR 25 Oktyabr 2009 / 13:40 1737
-  A +

Unibank Premyer Liqanın VIII turu çərçivəsində bu gün səfərdə “Turan”ın qonağı olacaq “Qəbələ” qarşıdkaı matça daha yaxşı hazırlaşmaq üçün dünəndən Gəncədə məskunlaşıb. Qol.Az-ın məlumatına görə, “Qəbələ” dünənki oyunqabağı son məşqini Gəncə şəhər stadionunda keçib. Hazırlıq prosesi təxminən 1 saat sürüb. Əvvəlcə futbolçularına “kvadrat” oynamaq tapşırığı verən Ramiz Məmmədov daha sonra oyunçularını ikitərəfli oyunda sınayıb Futbolçular uzaqdan zərbələrlə məşqi sona çatdırıblar. “Turan”la matça “Qəbələ” itkilərlə çıxacaq. Kapitan Kənan Kərimov, Maksim Skoroxodov və Namiq Əliyev zədəli, Qoqa Beraya isə cəzalıdır.

Son xəbərlər