Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev bu gün “Terek”in əsas komandasının baş məşqçisi qismində debüt etdi. Qol.Az-ın məlumatına görə, Diniyevin komandası səfərdə “Krılya Sovetov”un qonağı oldu. Bakı vaxtıyla saat 15:00-da başlayan matç Samaranın “Metallurq” stadionunda keçirildi.
“Terek” səfərdə sonuncu dəfə Samara klubuna 4 il qabaq qalib gəlib. Maraqlıdır ki, həmin vaxt matçın taleyini həll edən yeganə qolun müəllifi Adamov bu gün əks düşərgədədir. Göründüyü kimi, Diniyev bu gün qələbə qazanmaqla həm uğurlu debüt edə bilər, həm də 4 illik uğursuz ənənəyə son qoya bilər. “Krılya Sovetov”un heyətlə bağlı problemləri də var. Aparıcı üzvlərdən olan Şişkin cəzalı durumdadır, Kuliklə Adjinjalın isə zədələri var.
Qol.Az saat 15:00-dan etibarən "Krılya Sovetov" - "Terek" oyunundan canlı-mətn reportaj yayımladır.
"Krılya Sovetov" - "Terek" 2:0
Samara. "Metallurq" stadionu
Baş hakim: Aleksey Kovalyov
"Krılya Sovetov": 31.Eduardo Lobos, 3.Leilton, 63.Aleksandr Belozeryov, 29.Sergey Budılin, 33.Stanislav İvanov, 20.İrji Yaroşek, 7.Anton Babyor, 2.Timafey Kalaçyov, 99.Oleq İvanov, 23.Vladislav İqnatyev, 89.Yan Koller
Baş məşqçi: Yuri Qazzayev
"Terek": 1.Andrey Dikan, 2.Radoslav Zabavnik, 28.Sergey Olmelyançuk, 18.Timur Cəbrayılov, 5.Quedes Kleber, 11.Florinten Petre, 10.Şamil Lahiyalov, 20.Andrey Kobenko, 7.Georgi Blaqoy, 40.Rizvan Uçiyev, 13.Zaur Sadayev
Baş məşqçi: Şahin Diniyev
Oyun başa çatdı.
84. QOL. "Krılya Sovetov" ikinci qolu "Terek"in qapısından keçirdi. Adamov sabiq klubunu məyus etdi.
78. Diniyev ikinci əvəzetmə hüququndan yararlanır. Andrey Kobenkonu Adlan Kaçayev əvəzləyir.
73. "Terek"dən Lahiyalov sarı vərəqəylə cəzalandı.
68. "Terek" ardıcıl iki künc zərbəsi yerinə yetirsə də, hesabı bərabərləşdirmək mümkün olmadı.
65. Diniyevin komandası oyunda ən real qol epizodunu boşa verdi. Komandanın kapitanı Timur Cəbrayılov künc zərbəsindən ötürülən topu 2 metrdən boş qapıya göndərə bilmədi.
58. Dikan növbəti dəfə "Terek"i qoldan xilas edir. Qolkiper İvanovun zərbəsindən sonra topa inanılmaz reaksiya göstərdi.
51. Bu dəfə də "Terek"dən Cəbrayılov sarı vərəqə aldı. Diniyevin artıq 4 futbolçusuna hakim tərəfindən xəbərdarlıq edilib.
50. "Terek" hesabı bərabərləşdirə bilərdi. Lakin Sadayevin zərbəsi qapının xeyli üstündən keçdi.
48. Babyor ikinci qolu vura bilərdi. Lakin zərbəsi qeyri-dəqiq alındı.
46. Diniyev ikinci hissəyə əvəzetməylə başladı. Petreni Oleq Vlasov əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
41. Futbolçular arasında mübahisə yaranır. Bu səbəbdən matçın baş hakimi "Terek"dən Rizvan Uçiyevə, meydan sahiblərindən isə Anton Babyora sarı vərəqə göstərir.
34. QOL. "Krılya Sovetov" hesabı açdı. Vladislav İqnatyev topu Diniyevin komandasının qapısından keçirdi.
33. "Terek" hesabı aça bilərdi. Lakin top son anda müdafiəçilərdən birinə dəyərək, istiqamətini dəyişdi.
24. Kalaçyovun yerinə yetirdiyi cərimə zərbəsini "Terek"in qapıçısı tutdu.
22. "Terek"dən Kobenko sarı vərəqəylə cəzalandı.
20. Meydan sahibləri topa daha çox nəzarət etsələr də, çoxlu sayda top itkisinə yol verirlər.
14. "Terek"in yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Gergiyevin zərbəsini qapıçı tutdu.
6. Qapıya ilk təhlükəli zərbəni "Krılya Sovetov" vurdu. Lakin Dikan İvanovun zərbəsini zərərsizləşdirməyi bacardı.
4. Oyuna "Terek" fəal başlayıb. Diniyevin komandası künc zərbəsi yerinə yetirsə də, rəqib müdafiəçilər təhlükəni sovuşdururlar.
Oyun başladı.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər