Roman Pokora: “Təcrübəli futbolçuların hesabına qəlib gəldik”

Roman Pokora: “Təcrübəli futbolçuların hesabına qəlib gəldik”
XƏBƏR 20 Oktyabr 2009 / 18:24 2077
-  A +

“Standard” yaxşı komandadır. Bizə qarşı pis oynamadılar. Sadəcə olaraq, biz təcrübəli futbolçuların hesabına oyunun gedişatını öz xeyrimizə dəyişə bildik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis oyunçularında yorğunluq olduğunu bildirib: “Bildiyiniz kimi əksər futbolçularımız Rusiya, Ukrayna kimi ölkələrin çempionatlarında çıxış ediblər. Məhz onların təcrübələri sayəsində bu gün növbəti 3 xalımızı qazandıq. Onu da deyim ki, oyunçularımda bir qədər yorğunluq hiss olunurdu. Bu da başadüşüləndir. Çempionatın təqviminin sıx olması komandada yorğunçuluğa gətirib çıxarır”.

 

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner