“İnter” klubunun dövrələrarası fasilədə transfer etdiyi futbolçulardan biri olan müdafiçi Elçin Həşimovun Qol.Az saytına müsahibəsi
- “İnter”dən dəvət alacağını düşünürdün?
- Yox, fikirləşməmişdim. Mən “İnter” komandasına baş məşqçi Valentin Xodukinin dəvəti ilə gəlmişəm.
- Yeni komandanla nə qədər müqavilə bağlamısan?
- 6 ay burda oynayacağam. Əgər mənim oyunum rəhbərliyi razı salsa, daha bir il də müqavilənin müddəti uzadılacaq.
- “İnter”dən başqa hansı komandalrdan dəvət almışdın?
- İddialı klub idi. Ancaq adını deməyəcəyəm. Razılığa gəlmədiyim komandanın adını söyləməyi düzgün saymıram.
- Bildiyimiz kimi, “İnter” ölkəmizi “Birlik kuboku”nda təmsil edəcək. Yeni komandanın bu yarışlarda hansı nəticə göstərəcəyini ümid edirsən?
- Məncə, bütün oyunlarda qələbə qazanacağıq. Nəticədə də kuboku Azərbaycana gətirəcəyik.
- “Bankirlər”in rəqibləri haqda səndə nə kimi məlumatın var?
- Bilidyimə görə, Finlandiya “İnter”i, “Dordoy-Dinomo” (Tacikistan), "Ventspils" (Latviya) klubları ilə görüşəcəyik. İnternetdən əldə etdiyim bilgiyə görə, bunlar arasında ən güclü klub Finladiya təmsilçisidir. Ancaq biz onlarla mübarizədə qalib olacağıq. Buna əmin ola bilərsiniz.
- Bu cür rəqiblərlə mübarizə aparmaq çətin olmayacaq ki?
- Biz zəif komanda deyilik. “İnter”in də öz dəsti xətti var. Qrupda yer alan komandalarla müqayisədə daha iddialı sayılırıq.
- Necə fikitləşirsən, “İnter” çempionatın birinci dövrəsində adına layiq oyunlar göstərə bilib?
- Əlbəttə. Əgər belə olmasaydı, komanda lider olmazdı. Özünüz də çempionata nəzər salsanız, bunu görə bilərsiniz .
- İkinci dövrədə komandanız iddialı çıxışını davam etdirə biləcək?
- Bəli. Bu, mümkün olacaq. Çünki son ölkə çempionu artıq iz qoymuş klublardandır. Adı gələndə meydançada olan komandanı qorxuya salır. Bu, onun gücünün göstəricisidir.
- Adətən, komandalarımız “Birlik və Baltikyanı” ölkələrin yarışında iştirak etdikdən sonra Premyer Liqada zəif çıxış göstərir. “İnter” belələrindən olmayacaq ki?
- İnşallah olmaz.
- Birinci dövrədəki öz oyununu necə qiymətləndirərdin?
- Buna sizlər yaxşı cavab verə bilərsiniz. Mənim münasibət bildirməyim isə düzgün sayılmır.
- Yeni komandanda legionerlər çoxluq təşkil edir. Rəqabətdə geri qalmaycaqsan ki?
- İnanıram ki, mən daha yaxşı oynamaqla məşqçilər korpusunun sevimlisi olcağam. Güclü olan futbolçu oynayacaq. Zəiflər isə bizdən öyrənəcək.
- Milliyə dəvət almaq istərdin?
- Əlbəttə. Çalışacağam özümü daha yaxşı göstərib, yığmayada dəvət alım. Gərək milli komandada oynayan futbolçu hər tərəfli hazırlıqlı olsun.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video