Millimiz İrana məğlub oldu

XƏBƏR 19 Oktyabr 2009 / 11:29 1930
-  A +

İranda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, İran millisi ilə qarşılaşan futbolçularımız 2:7 hesabı ilə məğlub olub. Komandamızın heyətində Renat Sultanov və Ruslan Yusubov fərqləniblər. Bu komandalar arasında növbəti yoxlama oyunu oktyabrın 20-də keçiriləcək.


Son xəbərlər
topaz banner