Ramiz Məmmədov: "Klub prezidentinə minnətdarlığımı bildirirəm"

Ramiz Məmmədov: "Klub prezidentinə minnətdarlığımı bildirirəm"
XƏBƏR 17 Oktyabr 2009 / 19:59 1837
-  A +

"Yeni stadiona görə klubun prezidentinə minnətdarlığımı bildirirəm. Bu stadionda keçirilən ilk oyunda qələbə qazanmalıydıq və bunu da bacardıq. Uşaqların oyunundan razı qaldım. Komandamız artıq neçənci dəfədir ki, qapısında qol görəndən sonra qol vurur, bu, bir tərəfdən yaxşıdır.” Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyunsonrası mətbuat konfransında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. Baş məşqçi futbolçularda qalib gəlmə istəyinin artmasından məmnunluğunu dilə gətirib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq