Arif İsayev: “Ola bilsin "İnter"lə görüşdə het-trik etdim"

Arif İsayev: “Ola bilsin "İnter"lə görüşdə het-trik etdim"
XƏBƏR 17 Oktyabr 2009 / 01:00 3000
-  A +

“Oyuna çox ciddi hazırlaşırıq. Bildiyiniz kimi, ilk 4 turu yaxşı oynadıq. Lakin Lənkəranda “Xəzər Lənkəran”la qarşılaşmada məğlubiyyət acısı daddıq. İndi çalışmalıyıq ki, “İnter”lə oyunda həmin məğlubiyyəti azarkeşlərimizə unutduraq. Hazırda düşərgədə əhval-ruhiyyə əladır və hamı səbirsizliklə oyun saatını gözləyir”. Qol.Az-ın məlumatına görə, bu sözləri UniBank Premyer Liqanın VII turu çərçivəsində evdə “İnter”i qəbul edəcək Salyanın “Muğan” klubunun hücumçusu Arif İsayev deyib. İsayev sabiq klubunu cəzalandırmaq istəyinin olduğunu da gizlətməyib: “Mənə “İnter”də çıxış etdiyim dövrdə oynamaq şansı vermədilər və “Simurq”a keçdim. Düzdür, “Simurq”da o qədər oynamaq şansı qazanmasam da, məhz “İnter”lə oyunda meydana çıxdım və özümü qolla sübut etdim. Nə bilmək olar, niyə də eyni uğuru bu dəfə “Muğan”ın heyətində təkrarlamayım? Təbii, heç kim yüzdə-yüz qol söz verə bilməz. Hər şey Allahın əlindədir. Ola bilsin “İnter”lə görüşdə het-trik etdim. Ola bilsin heç adım ilk “18-liy”ə salınmasın (gülür)".


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq