Tanınmış yazıçı Yaşar Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu, futbolumuzun parlayan ulduzu hesab edilən Vaqif Cavadovun sərgilədiyi oyunla bağlı fikirlərini bölüşüb. O, Qol.Az-ın müxbiri ilə söhbətində Vaqif Cavadovla «Real»ın şərəfini qoruyan dünya ulduzu Kriştianu Ronaldu arasında müqayisə aparıb:
- Dünya futbolunda oyunçuları bir-birinə bənzətmək təbii haldır. Çox uzağa getməyək, yaxın keçmişdə rumın George Hacını “Karpat Maradonası” adlandırırdılar. Bu, qətiyyən Hacının adına, oyununa imicinə xələl gətirmirdi. Hətta Hacı özü də fəxrlə özünü “Karpat Maradonası” adlandırırdı. Bu bənzətmə heçdən yaranmamışdı. Həqiqətən də Hacının oyun üslübu Maradonanın oyun üslubuna çox bənzəyir. Onların hər ikisi texnikalı oyuna üstünlük verirdi, oyun qurucuları idilər, meydanı çox yaxşı görürdülər və s. Bu oxşarlıq onların adlarına təsir edərək, bir-birinə yaxınlaşdırmışdı. Məsələn, Hacını “Karpat Bekkenbaueri” və ya “Karpat Pelesi” adlandırmaq olmazdı. Çünki rumın futbolçunun oyun tərzi məhz Maradonanın oyununa bənzəyirdi.
Azərbaycan futbolunda da dünya səviyyəli ulduzla müqayisə olunacaq oyunçu var. Mən neçə vaxtdır, Vaqif Cavadovun oyununu izləyirəm və onun oyun üslubunu Kriştianu Ronaldoya bənzədirəm. Türkiyə, Fransa, Hollandiya, İtaliya, İspaniya, Almaniya çempionatlarını mütəmadi izləyən bir şəxs kimi deyə bilərəm ki, Kriştianu Ronaldoya Vaqif Cavadov qədər bənzəyən ikinci bir oyunçu hələ ki, rastıma çıxmayıb. Bəlkə də var, amma mən görməmişəm. Burda söhbət təbii ki, səviyyədən getmir. Hamımız bilirik ki, Ronaldo dünya ulduzudur. Amma Vaqifin oyunu tək öz üzərinə götürüb rəqibin müdafiə xəttini təkbaşına yarmaq bacarığı, texnikası və ən nəhayət, zərbəsi - ruslar buna “puşıçnı udar” deyirlər - individual hərəkətləri şəxsən mənə birbaşa Ronaldonu xatırladır. Mən bilmirəm Vaqifin gələcəyi necə olacaq. Bəlkə o dünya səviyyəli ulduz olacaq və ya əksinə, bəlkə onun ulduzu heç tam parlamayacaq, sönüb gedəcək. Amma onu bilirəm ki, hazırkı Vaqifin oyun üslubu mənə bu paraleli aparmağa əsas verir.
Hesab edirəm ki, Hacının Maradonaya nə qədər bənzərliyi var idisə, Vaqifin Ronaldoya bənzərliyi daha artıqdır. Düzdür, Hacı “Barselona”, “Qalatasaray” kimi klublarda çıxış etdiyi halda Vaqif “Qarabağ”da forma geyir. Kim bilir, bəlkə gələcəkdə “Qarabağ” elə Avropanın ən güclü klublarından birinə çevriləcək və ya Vaqif elə Avropanın tanınmış klublarının formasını geyəcək və həmin klublarda özünü Hacıdan da üstün göstərəcək. Amma elə bu günün özündə də hesab edirəm ki, oyun tərzinə görə, artıq çəkinmədən Vaqifi “Qafqaz Ronaldosu” adlandıra bilərik”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı