“Qazandığımız nəticələr Azərbaycan futbolunun tarixində mühüm hadisədir. Əgər qrup mərhələsinin aşkar autsayderisənsə, əlbəttə, bu nəticəni sürpriz kimi qəbul etmək olar”. Qol.Az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Bernhard Lippert AFFA-nın rəsmi internet saytına verdiyi müsahibəsində deyib. Almaniyalı mütəxəssis bildirib ki, onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində uğurla çıxış edən komandamızın üzvləri bacardıqlarından da artığını ediblər: “Komandanın əsas heyətində yer alan futbolçulardan təxminən beşi heç rəqiblərimizin heyətində “18-lik”ə düşə bilməzdilər. Bunu deməklə uşaqları cılızlaşdırmaq və ya kiçiltmək istəmirəm. Sadəcə, ümumi komanda işindən söhbət gedir. Yəni belə zəif futbolçular da komandanın uğuru üçün maksimum əmək sərf edib. Turnirdə komanda üzvləri bacarıqlarından da artığını reallaşdırıb, qaynayıb-qarışıblar. Seçmə mərhələ oyunlarında U-19 özünü əsl komanda kimi göstərdi”.
B.Lippert komandamızın seçmə mərhələdə keçirdiyi 3 oyun haqda da danışıb: “Birinci oyunda komanda üstün səviyyədə çıxış etdi. Hesabı açmaqla işimizi xeyli yaxşılaşdırdıq. Çünki bu yaşda futbolçulardan ibarət komandaların, həm də isti hava şəraitində oyunun axarını dəyişməsi çox çətindir. Ümumiyyətlə, həm İsrail, həm də Polşa ilə qarşılaşmalarda ilk qolu biz vurduq və yekunda meydanı qalib tərk etdik. Danimarka ilə matç bütün reallıqları üzə çıxardı. Onlar bizdən çox güclü idilər. Fikrimcə, Danimarka millisi layiqli qələbə qazandı. Skandinaviya təmsilçisi bu gün Avropanın ən güclü komandalarından biridir”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır