Azərbaycan paytaxtında özlərini polis əməkdaşları kimi təqdim edərək vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinən mütəşəkkil qrup zərərsizləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Seymur Hacıyev tərəfindən şikayət ərizəsi daxil olub. Vətəndaş şikayətində Nərimanov rayonu ərazisində tanımadığı şəxslər tərəfindən saxlanıldığını bildirib. Özlərini polis əməkdaşı kimi təqdim edən həmin şəxlər S.Hacıyevi idarə etdikləri “VAZ-2106” markalı avtomobilə oturdaraq Nərimanov Rayon Polis İdarəsi istiqamətində aparıblar. Sonra isə naməlum şəxslər Polis İdarəsinin yaxınlığında maşını saxlayaraq S.Hacıyevi narkotik maddələrin qanunsuz dövrüyyəsində təqsirli bildiklərini və ondan azad edilməsinin müqavilində 1800 manat verməsini tələb ediblər. Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının şikayət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri - 1982-ci il təvəllüdlü Ruslan Sahib oğlu Allahverdiyev, 1983-cü il təvəllüdlü Anar Kamal oğlu Səmədov və Şahin Abbas oğlu Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda onların başqa hansısa cinayət əməlində iştirak edib-etməmələri araşdırılır.
Daxili İşlər Nazirliyinin İnternet saytında qeyd edilən məlumatda isə bildirilib ki, R.Allahverdiyev və A.Səmədov 26-cı Polis Bölməsinin əməkdaşları, polis kapitanları Murad İbrahimov və Əşrəf Məmmədov hadisəyə müdaxilə edərkən onlara müqavimət göstəriblər.
Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Ş.Quliyev və A.Səmədovun tanınmış idmançı olduğu bildirilir.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq