Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə «HYUNDAI Auto Azerbaijan» arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Mərasimdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov ölkənin futbol ictimaiyyəti adından tədbir iştirakçılarının hər birini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edib. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə futbolun kompleks şəkildə inkişafı naminə AFFA tərəfindən bir sıra tədbirlər həyata keçirildiyini bildirən E.Məmmədov bu il ərzində gerçəkləşdirilən 11 layihənin 9-da “HYUNDAİ Auto Azerbaijan” şirkətinin AFFA-nın partnyorlarından olduğunu deyib. Baş katib “HYUNDAİ Auto Azerbaijan” şirkəti ilə əməkdaşlıq barədə müqavilə bağlamaqla daha böyük layihələrin həyata keçirilməsinə nail olunacağına ümid etdiyini bildirib.
Sonra söz «HYUNDAI Auto Azerbaijan» şirkətinin marketinq müdiri Rüstəm Məmmədova verilib. Ölkə futbolunun inkişafı naminə AFFA ilə «HYUNDAI Auto Azerbaijan»ın birgə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirən R.Məmmədov qarşılıqlı əməkdaşlıqla bağlı müqavilənin imzalanmasından sonra bu istiqamətdə işlərin daha böyük vüsət alacağına inandığını söyləyib.
Çıxışlardan sonra AFFA ilə «HYUNDAI Auto Azerbaijan» şirkətinin birgə gerçəkləşdirdiyi layihələri özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Bundan sonra imzalanma mərasimi keçirilib. AFFA tərəfdən müqaviləni baş katib Elxan Məmmədov, qarşı tərəfdən isə «HYUNDAI Auto Azerbaijan» MMC-nin direktoru Nasir Seyidzadə imzalayıblar.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq