"İnter"lə oyunda daha güclü olduğumuzu sübut etməliyik"

"İnter"lə oyunda daha güclü olduğumuzu sübut etməliyik"
XƏBƏR 16 Oktyabr 2009 / 01:55 1845
-  A +

"İnter"lə UniBank Premyer liqanın növbəti turunda keçirəcəyimiz matç çox maraqlı olacaq. Rəqibimiz güclüdür. Amma biz daha güclü olduğumuzu sübut etməliyik. Oyuna yaxşı hazırlaşmışıq". Qol.Az-ın "Muğan" klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri klubun Burkina Fasolu yarımmüdafiəçisi Narcisse Yameogo deyib. Futbolçunun sözlərinə görə, klubunun bu matçda qələbə qazanmasına kifayət qədər şansı var. "Nəticə bizim üçün önəmlidir. Qazanacağımız üç xal turnir cədvəlindəki mövqeyimizi kifayət qədər möhkəmlədə bilər."

Daha çox


Son xəbərlər