Dünən dünya çempionatının
seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Ermənistan matçı
“ay-ulduzlular”ın 2:0 hesablı qələbəsiylə başa çatıb. Qol.Az-ın məlumatına görə,
türkiyəlilərin qollarına Həmit Altıntop və əslən azərbaycanlı olan Sərvət Çətin
imza atıb. Ermənilərin qapısına azərbaycanlı futbolçunun qol vurmasına Türkiyə
mətbuatı xüsusi yer ayırıb. Nüzulu “Hürriyət” qəzeti “Azəri Sərvətin beşinci
qolu” başlıqlı yazısında bunları qeyd edib: “Türkiyə - Ermənistan matçında
Azərbaycan bayraqlarına qadağa qoyulsa da, “ay-ulduzlular”ın qələbəsində böyük
rol oynayan ikinci qolda Azərbaycan əsilli futbolçumuzun imzası var idi. Azəri
əsilli Sərvət Çətin 28-ci dəqiqədə topu Ermənistan qapısına göndərməklə dünya
kubokunun seçmə mərhələsində ilk qolunu vurdu. Ailəsi İğdırın Tuzluca kəndindən
olan Sərvət bir futbolçu kimi İstanbulda yetişib. Çıxış etdiyi hər klubda
İğdırın avtomobil dövlət nişanı olan “76” nömrəli forma geyib. Ümumilikdə
Türkiyə millisində 52 matça çıxan Sərvət beşinci dəfə rəqib qapısına yol tapdı”.
Xatırladaq ki, İğdır əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edir.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı
Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
Macar klubundan qeyri-adi heyət - Şəkil
Toni Kroos məşqçiliyə başlayır