TFF prezidenti: “Azərbaycan bayraqları stadiona buraxılsa, matç dayandırıla bilər” (VİDEO)

XƏBƏR 14 Oktyabr 2009 / 19:52 2166
-  A +

Xəbər verdiyimiz kimi, bu gün DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Bursa şəhərində Türkiyə və Ermənistan milli komandalarının matçı zamanı iki ölkənin dövlət bayraqlarından başqa, heç bir dövlətin bayrağının buraxılmaması barədə FİFA tərəfindən qərar qəbul olunub. Qərarla bağlı Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgener “Hürriyət” qəzetinə açıqlama verib. Özgener matça Azərbaycan bayraqlarının buraxılacağı təqdirdə, FİFA nümayəndəsinin oyunu dayandıra bilmə səlahiyyətinə sahib olduğunu deyib.
Hürriyet Video'larını izlemek için Flash 7 veya daha yüksek eklenti yüklenmeniz gerekmektedir. Yüklemek için tıklayınız!!!

Daha çox


Son xəbərlər