Rusiyalı menecerlər 3 futbolçumuzun oyununu izləyəcək

Rusiyalı menecerlər 3 futbolçumuzun oyununu izləyəcək
XƏBƏR 14 Oktyabr 2009 / 19:10 2073
-  A +

Bu gün saat 21:00-da dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək Azərbaycan-Rusiya matçını rusiyalı futbol menecerləri də izləyəcəklər. Qol.Az-ın əldə etdiyi məlumata görə, ruslar konkret 3 futbolçumuzun oyununa daha çox diqqət yetirəcəklər. Bunlar Vaqif Cavadov, Elvin Məmmədov və Kamran Ağayev olacaq. Bu futbolçular özlərini yaxşı tərəfdən göstərərlərsə, o zaman qarşılaşmadan sonra onların təmsil etdikləri klublara müraciətin olunması istisna edilmir. Məlumata görə, Vaqiflə yetirməsi olduğu Moskvanın MOİK klubu hazırda yaxından maraqlanmaqdadır.

 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner