AFFA FİFA-nın Azərbaycan bayrağı ilə bağlı qadağasına izahat verdi

AFFA FİFA-nın Azərbaycan bayrağı ilə bağlı qadağasına izahat verdi
XƏBƏR 14 Oktyabr 2009 / 18:43 1980
-  A +

Bu gün DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Bursa şəhərində Türkiyə və Ermənistan milli komandalarının oyunu keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, qeyd olunan oyun zamanı stadiona Türkiyə və Ermənistanın dövlət bayraqlarından başqa, heç bir dövlətin bayrağının buraxılmaması barədə bu gün FİFA tərəfindən qərar qəbul olunub. Məsələ ilə bağlı AFFA tərəfindən araşdırma aparılıb, FİFA-nın səlahiyyətli nümayəndələri ilə müzakirə olunub və müəyyənləşdirilib ki, həmin qərar FİFA-nın Oyunların Keçirilməsinin Təhlükəsizlik Qaydalarının 26-cı maddəsinə uyğun olaraq, futbol oyunlarının siyasi məqsədlərdə vasitə kimi istifadə olunmaması üçün qəbul edilib.

Daha çox


Son xəbərlər