“Hazırda rəhbərlik etdiyim “Muğan” liderlər qrupunda yer alıb. Halbuki, ötən mövsüm bu komanda elitadakı yerini böyük çətinliklə qorumuşdu. Bu mövsüm isə büdcəsi qat-qat bizdən çox olan klublara qarşı başa-baş mübarizə aparırıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Bosnya və Hersoqovina mətbuatına açıqlamasında Salyanın “Muğan” klubunun baş məşqçisi Kamal Alispahiç deyib. Bosniyalı mütəxəssis digər açıqlamaları ilə də diqqət çəkib. O, öncə mövsüm sonunda Salyan təmsilçisindən ayrıla biləcəyini deyib: “Muğan”da işlərim pis getmir. Bununla belə deyə bilərəm ki, bu klubda çox qalmayacam. Başqa təkliflərim də var. Düzdür, hələ ki, ortada konkret bir şey yoxdur. Amma yaxın zamanlarda hər bir şey ola bilər”. Alispahiçin daha bir açıqlaması isə xüsusi marağa səbəb olub. Belə ki, o, Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olduğunu açıqlayıb: “Hazırda Azərbaycan milli komandasına almaniyalı Berti Foqts başçılıq edir. Amma ilin sonunda onun müqaviləsi başa çatacaq. Qalıb-qalmayacağı dəqiq bilinmir. Gedəcəyi halda Azərbaycan milli komandasının yeni baş məşqçisi mən də ola bilərəm. Artıq Foqtsun postuna yeni namizədlərin adları hallanmağa başlayıb ki, həmin namizədlər sırasında mənim da adım yer alıb”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı