Aleksandr Tarxanov: “Azərbaycanı istənilən heyətlə udmalıyıq”

Aleksandr Tarxanov: “Azərbaycanı istənilən heyətlə udmalıyıq”
XƏBƏR 14 Oktyabr 2009 / 15:44 2295
-  A +

“Bu rəsmi bir oyundur və həm reytinqimiz, həm də imicimiz baxımından çox önəmlidir. Heç kim düşünməsin ki, millimiz meydana çıxacaq və uduzacaq”. Qol.Az-ın məlumtına görə, bu sözləri Rusiya mətbuatına açıqlamasında bu gün keçiriləcək Azərbaycan-Rusiya matçını dəyərləndirən tanınmış rusiyalı mütəxəssis Aleksandr Tarxanov deyib. O, həmyerlilərinin istənilən heyətlə millimizi məğlub etməli olduğunu bildirib: “Bəli, ola bilər ki, Hiddinq daha çox ehtiyat oyunçulara şans versin. O, hətta Rebko və Dzaqaev kimi gəncləri heyətə daxil edib. Düşünürəm ki, qapıçı Malafeyevlə bərabar onlar da Bakıda meydana çıxacaqlar. Hər halda unutmaq olmaz ki, bir-neçə futbolçumuzun aktivində sarı kart var. Ümumiyyətlə isə, Azərbaycanı istənilən heyətlə udmalıyıq”.

Daha çox


Son xəbərlər