“Qarşılaşmaya o prizmadan baxmaq lazım deyil ki, o heç nəyi həll etmir. Bu düzgün yanaşma ollmazdı. Sözsüz ki, bu qarşılaşmada Azərbaycanda motivasiya daha yüksək olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Mayak” radiosuna açıqlamasında dünya çempionatının seçmə qrup oyunu çərçivəsində bu gün Bakıda Azərbaycan millisinin qonağı olacaq Rusiya milli komandasının qapıçısı Vyaçeslav Malafeyev deyib. O, qarşılaşmanın çətin keçəcəyini etiraf edib: “Rusiya əlbəttə ki, öz səviyəsinə uyğun oyununu oynayacaq. Mən demirəm ki, biz rəqibi mütləq klass göstərərək udmalıyıq. Düzdür, bizim futbolçularda bu çox yüksəkdir. Amma tək klassla oynamaq çətin məsələdir. Oyun ətrafında yaranmış ajiotaja gəlincə, hamı bilir ki, keçmiş SSRİ ölkələrinin milli komandalarının qarşılaşmaları həmişə prinsipial keçib”. Malafeyev ona ünvanlanan “Azərbaycan Futbol Federasiyasının nümayəndələrindən biri deyib ki, Arşavinlə Bıstrov olmasa Rusiya millisindən əsər-əlamət qalmayacaq”, buna münasibətin necədir?” sualına isə belə cavab verib: “Maraqlıdır ki, həmin adam üçün görəsən əsas oyunçu kimdir? Mən bu fikirlə qətiyyən razılaşmıram ki, hansısa komanda 1-2 futbolçudan ibarətdir və onlardan asılıdır. Əlbəttə, fərdi oyunu ilə seçilən aparıcı oyunçular ola bilər ki, komandanın potensialını daha da genişləndirirlər. Konkret bizim milli komandada bir çox yüksək səviyyəli oyunçular var. Amma Rusiya millisi individual olaraq yox, komanda çəklində daha güclüdür”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi
Matteo Darmian bu kluba keçdi
Daha 6 boksçumuz yarımfinalda - Avropa çempionatı