Rusiya ilə sabahkı qarşılaşma ərəfəsində Azərbaycan milli komandasının sabiq baş məşqçisi, veteran futbolçu Kazbek Tuayev “Sovetski sport” qəzetinə müsahibə verib. Qol.Az müsahibəni ixtisarla təqdim edir.
- Azərbaycanda əhval-ruhiyyə necədir? Komandanız hələ də sonuncu qalibiyyət haqqında düşünür?
- Əhval-ruhiyyə əladır. Komandamız seçmə mərhələdə ilk qələbəsini qazandı. Növbəti görüşümüz ruslarladır. Ümid edirəm ki, veterenlarla da görüşə biləcəm. Bakı qonaqpərvər şəhərdir. Biz həmişə şəhərimizdə qonaq qəbul etməkdən məmnunluq duymuşuq. Yeri gəlmişkən, icazə verin, sizi dünya çempionatına vəsiqə qazanmaq münasibətilə təbrik edim
- Əvvəlcədən təbrik etməyin. Bizi hələ «pley-off» matçı gözləyir.
- Bu barədə narahat olmayın. CAR sizi gözləyir. Başa düşürəm, siz çempionata birbaşa vəsiqə qazanmaq istəyirdiniz. Amma təəssüflər ki, bu alınmadı.
- Gəlin, zamanı qabaqlamayaq. Azərbaycan milli komandasının növbəti matçından nə gözləyirsiniz?
- Uşaqlar meydana çıxıb, ölümünə kimi döyüşəcəklər. Bu matç turnir cədvəli baxımından heç bir önəm daşımır. Amma bizim üçün qələbə qazanmaq və yaxud heç-heçə etmək artıq prinsip məsələsinə çevrilib.
- Sizin futbolçular ustalıq səviyyəsini necə əldə edirlər?
- Futbolçularımızın ustalıq səviyyəsi təbii ki, aşağıdır. Əsas odur ki, onlarda mübarizə istəyi və əzmi var. Mənim fikrimə görə, milli komandamızın futbolçuları üçün rəqibin bu dördlüyü - Akinfeyev, İqnaşeviç, Bıstrov və Arşavin problem yaradacaq.
- Adını çəkdiyiniz futbolçuların bəlkə heç birisi sizin futbolçuları üzdən tanımır…
- Necə tanımırlar? Rəşad Sadıqov ən güclü mərkəz müdafiəçisidir. Onu tanımamaq olar? Mən Sadıqovu Valeri Qazzayevə MOİK-də baş məşqçilik edərkən təklif etmişdim. Amma onun bu kluba keçidi İqnaşeviç səbəbindən alınmamışdı. Çünki həmin vaxt o Rəşaddan güclü idi. Bilirsiniz, SSRİ-nın dağılmasından sonra biz futbol hayında olmadıq. Uşaq futbol məktəbləri kadrlar yetişdirmirdi. Bu səbəbdən bizim millidə tanınmış simalar yoxdur. Gələcəkdə isə tamam başqa cür olacaq. Dövlətimiz son vaxtlar çox dəyişib, varlanıb. Siz Bakıya gəlsəniz, bəlkə də onu tanımayacaqsınız. Bütün Qafqaz şəhərləri ilə müqayisədə Bakı - nağıldır. Hər regionda bir neçə idman kompleksləri tikilib. İnternetlar, meydançalar inşa edilir. Təəssüf ki, biz öz nəticələrimizlə idmanın inkişafına böyük dəstək verən ölkə prezidentimizin ümidlərini puça çıxardırıq.
- Berti Foqts barəsində nə deyə bilərsiniz. Ondan narazılığınız var?
- Biz bir neçə məhşur baş məşqçiləri ölkə idmanımızın inkişafına öz töhfəsini vermək üçün Bakıya dəvət edirik. Amma onların heç də hamısı özlərinə böyük inam qazandırmırlar. Foqtsa qarşı da bir neçə etiraz var. Səbəblər isə çoxdur. O, seçmə mərhələdə uğurlu nəticə qazana bilməyib. Bakıda çox az-az olur və matçlardan sonra tələm-tələsik öz vətəninə yollanır. Ölkə futbolunun inkişafı üçün edilən işlərdə yüksək səviyyədə iştirak etmir. Tez-tez düzgün olmayan ifadələr işlədir. Mənim Berti Foqtsla bağlanan müqavilədə ətraflı nə yazıldığından xəbərim yoxdur. Amma hesab edirəm ki, milli komandanın baş məşqçisi futbolun inkişafında fəal iştirak etməlidir.
- Deyəsən, Foqts federasiya ilə yeni müqavilə imzalamaq üçün alışıb-yanmır…
- Bu barədə biz özümüz fikirləşməliyik. Biz Foqtsu milli komandada görmək üçün alışıb-yanırıq? Təkrar edirəm, baş məşqçi nəticə verə bilmir.
- Foqts gedərsə, onu kimin əvəzləməsini istərdiniz? Milli komandanızın baş məşqçiliyinə namizədlər arasında rus Stanislav Çerçesovun da adı hallanırdı.
- Şəxsən mən ona böyük hörmətlə yanaşıram və onun milli komandaya gətirilməsini ideyasını dəstəkləyirəm. Hesab edirəm ki, Çerçesov böyük futbolçu olub. Onunla heç bir danışıqlar aparılmır. Hazırda AFFA rəhbərliyi Berti Foqtsla müqaviləni uzadıb-uzadmayacağı, yaxud yerinə namizəd axtarmaq haqqında heç bir qərara gəlməyib.
- Azərbaycan futbolunda maliyyə durumu necədir?
- Rusiya premyer liqası ilə müqayisə etmək hələ ki, tezdir. Amma irəliləyiş var.
- Aleksandr Səmədovun bir neçə il əvvəl Azərbaycan milli komandasında oynamaq təklifini rədd etməsinə heyfslənirsiniz?
- Əlbəttə. Səmədov milliyətcə azərbaycanlıdır. O, bizim millinin liderinə çevrilə bilərdi. Bakıya gələrkən biz onu çox yaxşı qarşıladıq. Lakin sonda Rusiya millisini seçməyə qərar verdi. Buna baxmayaraq, biz Səmədovu sevirik və hörmət edirik. Onun “Spartak”dakı hər bir uğuruna sevinirik. Rusiya millisinə hansı səbəbdən dəvət almadığını isə anlaya bilmirəm.
- Azərbaycan çempionatında hansı oyunlar daha çox maraq kəsb edir?
- “Xəzər Lənkəran”nın Bakıda “Neftçi”ylə qarşılaşması, həmçinin “Neftçi” ilə “Qarabağ” arasındakı matçlar böyük marağa səbəb olur.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib