«Sport-Ekspress»: «Rusiya komandasını Azərbaycanda 200 bakılı dəstəkləyəcək»

XƏBƏR 13 Oktyabr 2009 / 11:43 2256
-  A +

Sabah keçiriləcək Azərbaycan - Rusiya oyununda qonaq komandanın azarkeşləri üçün üç sektor (iki min yer) ayrılıb. Qol.Az-ın Rusiyanın «Sport-Ekspress» qəzetinə istinadən verdiyi məlumata görə, gəlmə azarkeşlər üçün bir biletin qiyməti adi sektorlar üçün 2-5 manat, VİP zonada isə 100 manat təşkil edir. «Sport-Ekspress»in iddiasına görə, Rusiya millisinə sabah stadionda ən azı 200 bakılı da dəstək verəcək. «Hazırda onların qonaq komanda üçün ayrılan sektora yerləşdirilməsi məsələsinə baxılır» - deyə qəzet bildirib.

Daha çox


Son xəbərlər