Həmyerlimiz Emin Ağayevin şərəfini qoruduğu “Volqa” Rusiya çempionatının ikinci divizionunda növbəti qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, evdə `Nara-ŞBFR”i qəbul edən tverlilər rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Azərbaycan milli komandasının sabiq üzvü bu dəfə də 90 dəqiqə meydanda olub və özünü ən yaxşı tərəfdən göstərib. Təsadüfi deyil ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Nara-ŞBFR”in baş məşqçisi Sergey Lavrentev də Emin haqda xoş sözlər deyib. O, “Bu gün ehtiyat oyunçular skamyanızda cəmi 3 futbolçunuz var idi. Bu zədə ilə bağlı idi, yoxsa cəza ilə?” sualına belə cavab verib: “Bilirsiniz, əslində heç biri ilə. İstənilən komandanın təcrübəli futbolçuya ehtiyacı var. Amma təəssüf ki, rəqib məşqçidən fərqli olaraq mənim əlimdə Emin Ağayev kimi oyunçu yoxdur. Biz beləsini tapa bilmədik. Özünüz də gördünüz ki, o, bu gün öz komandasına necə böyük kömək etdi və matçın ən yaxşılarından oldu”.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 49-a çatdıran “Volqa” turnir cədvəlində 6-cı pilləyə yüksəldi.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi