“İlk hissədə bir qədər zəif təsir bağışladıq. Amma fasilədən sonra oyunda dönüş yaratdıq və qələbə qazandıq. Təbii ki, buna görə hamımız böyük sevinc hissi keçiririk”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün millimizin məşqindən öncə müdafiəçi Ruslan Abışov deyib. Lixtenşteynlə oyunda ad gününü qeyd edən gənc müdafiəçi həyatının unudulmaz günlərindən birini yaşadığını deyib: “Ötən oyunda, millidəki debüt matçımda cinahda oynasam da, bu dəfə öz mövqeyimdə - mərkəzdə qərarlaşmışdım. Heç bir həyəcan yox idi. Elə bir çətinliklə qarşılaşmadım. Bəlkə ola bilər ki, Lixtenşteynlə müqayisədə Rusiya millisinin hücumçuları daha səviyyəli, daha güclüdürlər. Lakin onlardan da çəkinmirəm. Yaxşı hazırlıq keçmişik. İnanıram ki, Rusiyayla matçda da uğurlu nəticə qazanacağıq. Ruslar elə bilməsinlər ki, Bakıdan 3 xalla ayrılacaqlar. Biz meydana ən azı 1 xal qazanmaq üçün çıxacağıq. Həqiqətən də ad günümdə tarixi qələbədə pay sahibi olmaq çox xoşdur. Lixtenşteynlə oyunda millinin heyətində həyatımın ən unudulmaz ad gününü keçirdim. Uşaqlar matçdan əvvəl mənə hədiyyə hazırlamışdılar. Oyundan sonra da yemək zamanı ad günümü lazımınca qeyd etdik”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi