2009-cu il üçün FİFA hakimlərinin adları bəlli olub. AFFA-nın ali futbol qurumuna göndərdiyi hakimlər təsdiqlənib. Bununla da, gələn il ölkəmizi beynəlxalq miqyasda 14 hakim təmsil edəcək.
FİFA hakimlərimizdən ibarət “üçlük” dəyişməz qalır. Vüsal Əliyev (1970-ci il təvəllüdlü), Fariz Yusifov (1972) və Babək Quliyev (1974) yenə FİFA hakimi kimi oyunlara təyinat alacaq. Altı nəfərdən ibarət olan FİFA hakim-köməkçiləri arasında yeganə dəyişiklik Azad Q.Hüseynovla bağlıdır. 45 yaşlı tamam olan Hüseynov FİFA-nın qaydalarına əsasən, beynəlxalq karyerasını başa vurmalıdır. Onu 23 yaşlı Orxan Məmmədov əvəzləyib. Digər FİFA hakim-köməkçilərimiz Ramiz Əsədov (1964), Aydın Ələkbərov (1966), İlham Əliyev (1966), Elman Musayev (1970) və Mehman Mahmudovdur (1975).
Futzal üzrə FİFA hakimlərimizdən Elçin Səmədli (1971) yenə təsdiqləndiyi halda, Azər Məmmədov (1970) kənarda qalıb. Azəri Anar Niyazovla əvəzləməyi qərara alan AFFA bununla da 32 yaşlı hakimin müəyyən fasilədən sonra yenidən futzal üzrə FİFA referisi daşımasına imkan yaradıb.
Beynəlxalq dərəcəli qadın hakimlərimizin isə sayı artıb. Bu, 28 yaşlı debütant Maya Nəbiyevanın adının FİFA hakim-köməkçisi təsdiqlənməsindən sonra reallaşıb. Venera Muradova (1970) FİFA hakimi, Ülviyyə Mustafayeva (1973) FİFA hakim-köməkçisi kimi yenidən təsdiqlənib. Nəbiyevanın təyinatı ilə azərbaycanlı qadınlardan ibarət beynəlxalq dərəcəli hakimlər briqadası təşkil olunub.
Qeyd edək ki, bu ildən Premyer Liqa oyunlarına təyinat alan Orxan Məmmədov Azərbaycan futbol tarixinə düşüb. Orxan 23 yaşında beynəlxalq dərəcə almaqla, hakimlərimiz arasında rekorda imza atıb.
Mənbə: apasport.az
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi