Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov İspaniyanın “Valyadolid” klubundan xəbər gözləyir.
“Bir neçə klubdan təklif almışam. Amma hələ ki, son qərarımı verməmişəm. Yaxın günlərdə “Valyadolid”dən xəbər gəlməlidir. Bu klubda çıxış etmək imkanı yaransa, yəqin ki, İspaniyaya gedəcəyəm”, - deyə Sadıqov bildirib.
Hazırda müqavilə ilə “Neftçi” klubuna məxsus olan Sadıqov, bu ay “Valyadolid”in düşərgəsində bir həftə hazırlıq keçib.
Sadıqov, onu “Neftçi” klubunun maliyyə məsələlərinə nəzarət etməkdə günahlandıran hollandiyalı məşqçi Rob Reekersə cavab vermək istəmədiyini bildirib ("Trend").
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video