“Mardan” İdman Kompleksində məskunlaşan “Bakı” Antalya hazırlığını davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, qardaş Antalyada hava şəraiti olduqca münasibdir. Komandanın baş məşqçisi Bülənt Qorxmaz futbolçuları gündə iki dəfə olmaqla məşq etdirir. Düşərgədə yüksək əhval-ruhiyyə var. İstisnasız olaraq bütün futbolçular məşqlərdə iştirak edirlər. Komandanın üzvləri, tədricən, yeni baş məşqçinin iş üslubuna və tələblərinə uyğunlaşırlar.
2 gün əvvəl “Acıbadem” klinikasında əməliyyat olunan Saşa Yunioslu da artıq Antalyadadır. Hələlik isə, Saşa komandanın həkimi Murad Mərdanlının nəzarətindədir. Onun bazar ertəsi İstambula gedərək bir daha müayinədən keçəcəyi planlaşdırılır. Onun meydanlara nə zaman dönəcəyi də bundan sonra dəqiqləşəcək. “Bakı”nın yerləşdiyi bazada Türkiyə Futbol Federasiyası Hakimlər Komitəsinin seminarı keçirilir. Türkiyəli hakimlər komandamıza böyük maraq göstərirlər.
Xüsusilə də, Bülənt Qorxmazın fikirləri və gələcək planları diqqət mərkəzindədir.Təsadüfi deyildir ki, Türkiyə mediasının nümayəndələri Qorxmazdan müsahibələr alır, Azərbaycan futbolu barədə ətraflı məlumat toplamağa çalışırlar.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər