AFFA-nın yeni layihəsi

XƏBƏR 24 Dekabr 2008 / 16:36 2773
-  A +

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə AFFA yeni layihə hazırlayıb. «Futbol oynayaq, sağlamlığı qoruyaq» devizi altında Bakı şəhərinin küçə və məhəllələrində futbol oynayan uşaqların hər birinə AFFA tərəfindən toplar hədiyyə olunacaq. Bununla əlaqədar AFFA nümayəndələri küçə və məhəllərə baş çəkərək bu layihəni həyata keçirəcək. Kampaniyaya dekabrın 26-da saat 10:00-da start veriləcək və dekabrın 31-i axşam saatlarına qədər davam edəcək.


Son xəbərlər