Almaniyalı mütəxəssis: "Yaşlı hakimləriniz ingilis dilindən əziyyət çəkir"

XƏBƏR 7 Oktyabr 2009 / 18:31 1920
-  A +

“Azərbaycan hakimliyinin böyük tarixi var. Ölkənizdə yenə də istedadlı hakimlərin yetişəcəyinə şübhə etmirəm. Azərbaycan hakimlərindən Tofiq Bəhramovu tanıyıram. İndiki nəslin də nəyə qadir olduğunu bilirəm. Əksəriyyət hakimləriniz çox gənc və istedadlıdır.” Qol.Az-ın məlumatına görə, bu sözləri  hakimlər üçün təşkil olunmuş seminarla bağlı fikirlərini bildirərkən almaniyalı mütəxəssis Volfqanq Miersva deyib. Onun fikrincə, test-normativləri yerinə yetirə bilməyən hakim olmadı. “Bütün hakimlərdən razı qaldım. Bu da Azərbaycan hakimliyinin inkişafda olmasından xəbər verir. Gənc hakimlərin əksəriyyəti ingilis dilini yaxşı bilir. Ancaq nisbətən yaşlı hakimlər müəyyən çətinliklər çəkir. Şübhəsiz, irəli getmək üçün təkcə yaxşı hakim olmaqla iş bitmir, ingilis dilini də yaxşı bilmək lazımdır.”

Son xəbərlər