Vaqif Sadıqov “Neftçi”nin futbolçularının sürət və gücünü artırmaq istəyir

XƏBƏR 7 Oktyabr 2009 / 14:40 2136
-  A +

“Neftçi” gündə iki dəfə olmaqla hazırlığı davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komandanın səhər saatlarındakı məşqi klubun bazasındakı meydançada baş tutub. Baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında məşqçi Covanni Melkiorre futbolçuların sürət və gücünü artırmaq məqsədilə fiziki hazırlıq keçib.
“Neftçi”nin saat 17:00-dan etibarən klubun bazasındakı meydançada keçirəcəyi məşq isə taktiki gedişlərə həsr olunacaq.

 


Son xəbərlər
topaz banner