“Düşünürəm ki, çox güclü komandamız var.İndiyə qədər keçirdiyimiz oyunlar buna bariz sübutdur. “Muğan” həqiqətən də gözəl oyunu və əldə etdiyi nəticələriylə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməkdə davam edir.Mənə elə gəlir, turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir. Liderdən yalnız top fərqinə görə geri qalırıq. Növbəti oyunlarda qazanacağımız qələbələr bizi yenidən çempionatın lideri edə bilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”ın rəsmi internet saytına verdiyi müsahibəsində komandanın yarımmüdafiəçisi Vüsal Hüseynov deyib. Millimizin sabiq üzvü komandalarındakı legionerlər və qarşıya qoyulan məqsəd haqqında da danışıb: “Mənə elə gəlir ki, legioner seçimində yanılmamışıq. Həqiqətən də qələbələrimizdə onların da böyük payı var. Xüsusilə də qapıçımız Edis Kurtanoviç mükəmməl oyun nümayiş etdirir. Narcisse Yameogo, Ekrem Hodzic, Milos Zecevic, Adis Çulov, Eldin Adilovic,Akeem Priestley kifayət qədər potensialı olan futbolçulardır. Komanda çox yaxşı start götürüb.Bu tempdə davam etsək ilk “altılıq”da yer ala bilərik. İrəlidə bizi çətin sınaqlar gözləyir. Lakin deyərdim ki, istədiyimiz hədəfə çatmaq üçün kifayət qədər şansımız var. Hər halda bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.Komandamızın məqsədinə çatacağına inanıram”. Hüseynov son turda “Xəzər Lənkəran”a məğlubiyyətlərini bəxtsizliklə əlaqələndirib: “Matç çox gərgin keçdi. Xəzər Lənkəran güclü komandadır amma deməzdim ki, oyun zamanı onlar bizdən üstün idilər. Bəxt amili həmişə öz sözünü deyir.Ümumilikdə, komandamız yaxşı təsir bağışladı..Hər halda real qol vəziyyətlərini dəyərləndirsəydik nəticə bizim xeyrimizə dəyişə bilərdi. Baş verənlərdən nəticə çıxarıb gələcəyə baxmaq lazımdır”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida