19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippertin müsahibəsi
- U-19 qrup mərhələsinə son hazırlığını Türkiyədə həyata keçirdi. Komandadakı hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
- Sentyabrın 28-dən oktyabrın 6-na qədər Antalyada təlim-məşq toplanışı keçirdik. Təbii ki, hazırlıq müddətində gündəlik məşqlərlə yanaşı, yoldaşlıq oyunlarında da gücümüzü sınadıq. İlk sparrinq-rəqibimiz “Antalyaspor” klubu oldu. Uşaqların istəkli və əzmkar mübarizə aparması məni çox sevindirdi. Yəni yeniyetmə futbolçulardan ibarət komanda ən yaxşı oyununu keçirdi. “Antalyaspor”dan başqa, daha iki rəqiblə də qarşılaşdıq. Bu oyunlarda daha çox taktiki gedişlər üzərində işlədik, eyni zamanda oyunçuları müxtəlif mövqelərdə sınadıq. Ona görə də oyun bizim istədiyimiz kimi alınmadı. Ümumi götürdükdə, futbolçular gözəgəlimli futbol oynamasalar da, bu matçların bizə çox xeyri oldu. Bir çox mətləbləri aydınlaşdırdıq, uşaqları bir daha yaxından tanımış olduq.
- Sparrinq-rəqiblərdən “Antalyaspor” Superliqada, “Konyaspor” isə birinci dəstədə çıxış edir. Rəqiblərin güclü olması futbolçuları qorxutmadı ki?
- Qətiyyən. Nə “Antalyaspor”la, nə “Konyaspor”la qarşılaşmalarda bunun şahidi oldum. Əksinə, oyunun əvvəlindən başlayaraq uşaqlar təşəbbüsə yiyələnməyə çalışırdı. Digər yandan, reallığı da nəzərə almaq lazımdır. Məsələn, “Antalyaspor” Superliqada mübarizə apardığı halda bizim futbolçuların əksəriyyəti əvəzedici komandanın şərəfini qoruyurlar. Üstəlik, bir neçəsi orada da əsas heyətdə yer ala bilmir. Bu şəraitdə “Antalyaspor”a qarşı ciddi müqavimət göstərməyimiz müsbət məqamdır. Əlbəttə, rəqibin gücünü nəzərə alıb, oyunu əks-hücumlar üzərində qurmuşduq. “Konyaspor”la oyuna gəldikdə, rəqibin əvəzedici komandası ilə qarşılaşdıq. Amma əsas komandanın futbolçularından da heyətdə yer alanlar var idi. İstək və əzmkarlıq baxımından Konya təmsilçisindən heç də geri qalmırdıq.
- U-19 avqustda Belarusda təlim-məşq toplanışı keçirib. Müqayisə etdikdə, komandada nə kimi irəliləyiş müşahidə edilir?
- Artıq futbolçular fiziki cəhətdən sabit oyun nümayiş etdirirlər. Düzdür, Antalyadakı toplanış zamanı da fiziki hazırlığa xüsusi diqqət yetirdik. Əsas irəliləyiş budur.
- Bəs narazı qaldığınız məqamlar hansılardır?
- Əsas problem yaradıcı futbolçuların sayının az olması ilə bağlıdır. Yəni oyunun gedişində düşüncəsi ilə hadisələrin axarını dəyişə biləcək futbolçumuz azdır. Bundan başqa, yaradılan qol epizodlarını tamamlayacaq hücumçu qıtlığı var.
- Səlahət Ağayevin yoxluğu çətinlik yaradacaqmı?
- Sözsüz, Səlahət səviyyəsində bir qapıçının komandadan ayrılması ciddi itkidir. O, tək qapıçı kimi deyil, həm də şəxsiyyət kimi komanda üçün faydalı futbolçudur. Ancaq bu gün əlimizdə olan “material”dan maksimum istifadə etməliyik. Andrey Popoviç son vaxtlar şəxsi göstəricisini yaxşılaşdırıb və etibarlı oyunu ilə seçilir. Düzdür, istənilən halda fərq göz qabağındadır. Lakin bu bizə şikayətlənməyə əsas vermir.
- Heyət haqqında nə deyə bilərsiniz? Dəyişikliklər çox olacaqmı?
- Düzdür, heyəti genişləndirmişik. Ancaq əsas heyətdə elə də ciddi dəyişiklik yoxdur. Bu gün komandada 1992-ci il təvəllüdlü futbolçular çoxluq təşkil edir. Yəni onlar 1991-ci il təvəllüdlü uşaqlarla müqayisədə öz komandalarının əsas heyətlərinə daha tez yol tapıblar. Qrupumuzdakı rəqiblərdən fərqli olaraq, heyətimizdə 8 futbolçu 17, 3 oyunçu isə 18 yaşlıdır. Rəqiblərimizdə isə yaşca böyüklər daha çoxdur. Deməli, fiziki möhkəmlikdə onlar bizi 1 il qabaqlayırlar.
- Rəqiblərdən söz düşmüşkən, onlar haqqında dolğun informasiya toplaya bilmisinizmi?
- Ümumi məlumat toplamışıq. Reallığı nəzərə alsaq, biz qrupun autsayderiyik. İsrail ev sahibi kimi əlavə üstünlüyə malikdir. Bu komanda Rusiya yığmasını məğlub edib. Polşa ilə ötən il U-17-lər səviyyəsində qarşılaşmışıq və güclərinə bələdəm. Danimarkanın uşaq futbol məktəbi Avropada ən güclülərdən biridir. Bu ölkənin futbolçuları Almaniya, İngiltərə, Hollandiya kimi ölkələrin klublarında çıxış edirlər. Təbii ki, bizim çempionatla onların iştirak etdikləri birinciliklər arasında səviyyə fərqi böyükdür. Düzdür, futbolda hər cür nəticə ilə qarşılaşmaq mümkündür. Ötən il U-17 qrup mərhələsinin autsayderi hesab edilsə də, elit raunda yüksələ bildi. Bunu nəzərə alsaq, şansımız var.
- Rəqiblərin Azərbaycanı autsayder kimi qəbul etməsi yığmamızın xeyrinə işləyə bilərmi?
- Buna ümid edirik. Rəqiblər bizimlə oyunda xal itirmək haqqında düşünmürlər. Belə olan təqdirdə, biz qapımızı nə qədər çox toxunulmaz saxlaya bilsək, rəqib bütün komanda ilə hücuma keçəcək. Təbii ki, belə olan təqdirdə onların müdafiəsində boşluq yaranacaq. Sürətli əks-hücumlarla bu boşluqdan faydalana bilərik. Əsas olan komanda şəklində müdafiədə səhvsiz oynamağı bacarmaqdır. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, bu yaşda uşaqlar 90 dəqiqə verilən taktiki tapşırıqları yerinə yetirə bilmirlər. Onlarda dözüm çatmır. Əgər müdafiədə düzgün oynasaq, rəqibi özündən çıxara bilərik. Bu da bizim xeyrimizə işləyəcək.
- Təqvim barədə fikirləriniz necədir?
- Bu, elə də əhəmiyyətli deyil. Əsas olan meydanda 90 dəqiqə “vuruşmaq”dır. Digər rəqiblərlə müqayisədə İsrail “dişimizə” uyğun rəqibdir. Ancaq onlar da meydan sahibi olduqlarından, müəyyən üstünlükləri var. Həm də birinci oyundan çox şey asılıdır. Uduzursansa, çox şey itirirsən. Əksinə, udursansa, şansın artır.
- Zədə və ya başqa səbəbdən meydana çıxmayacaq futbolçu varmı?
- Xeyr, belə oyunçumuz yoxdur.
- Bəs kapitan sarğısını kimə həvalə edəcəksiniz?
- Komanda üzvləri artıq yeni kapitan seçiblər. Sarığını Mirhüseyn Seyidov daşıyacaq.
- Havanın isti olması necə, problem yaratmayacaq?
- Əldə etdiyim məlumata görə, İsraildə havanın hərarəti 28-30 dərəcəyə çatır. Yəni toplanış keçirdiyimiz Antalya ilə eynidir. Məncə, bundan yaxşı adaptasiya prosesi ola bilməz.
- Baş məşqçi kimi hansı nəticəyə ümid edirsiniz?
- Növbəti mərhələyə vəsiqə qazanacağımıza ümidimizi itirməmişik. Uşaqları yaxşı tanıdığım üçün belə deyirəm. Futbolçular heç kimə boyun əymək niyyətində deyil.
Mənbə: affa.az
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu