Totalizatorlar bir aydan sonra dövlət nəzarətində olacaq

XƏBƏR 7 Oktyabr 2009 / 13:16 3112
-  A +

Yaxın bir ay ərzində “Totalizatorların keçirilmə qaydaları haqda” əsasnamə təsdiqlənəcək. Artıq əsasnamə layihəsi hazırdır və Nazirlər Kabinetinin sərəncamına verilib. Sərəncam imzalandıqdan sonra totalizatorlarla bağlı bütün məsələlərə aydınlıq gələcək. Ən əsası, bukmeyker kontorları yalnız dövlət nəzarəti altında xüsusi lisenziya ilə fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, iyunun 30-da Milli Məclisdə qəbul olunan “Bədən Tərbiyəsi və İdman haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinə idmanın lotereyalar və totalizatorlar vasitəsi ilə maliyyələşdirilməsini nəzərdə tutan yeni müddəa daxil edilib. Əsasnamənin təsdiqlənməsindən sonra totalizatorlara Gənclər və İdman Nazirliyi nəzdində yeni yaradılacaq şöbənin nəzarət edəcəyi gözlənilir. Əldə olunacaq vəsait idmanla bağlı qurumların maliyyələşdirilməsinə sərf olunacaq.
 
Mənbə: lent.az


Son xəbərlər