AFFA U-21-in oyununa bilet satmayacaq

XƏBƏR 7 Oktyabr 2009 / 11:51 1677
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi Avstriya komandası ilə qarşılaşacaq. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Meyr Levi
Baş hakimin köməkçiləri: Abed Alramili, Dvir Şimon
Dördüncü hakim: Moşe Buhbut
(Hakimlər briqadası İsraildəndir)
Hakim-inspektor: Livio Bazzoli (İtaliya)
UEFA nümayəndəsi: Yusuf Namoğlu (Türkiyə)
Qeyd edək ki, oyuna giriş pulsuz olacaq.

 


Son xəbərlər