“Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmaz və komandası Türkiyə mətbuatının gündəmindən düşmək bilmir. Qol.Az-ın məlumatına görə, bu dəfə Türkiyə mətbuatı Azərbaycan çempionunun düşərgəsindən yazı hazırlayıb: “Ötən mövsüm çempion olmasına baxmayaraq, bu mövsüm “Bakı”nın işləri heç də yaxşı getmir. Komandadakı məşqçi dəyişikliyi də məhz bu səbəbdən qaynaqlandı. Qorxmaz fasilədən istifadə edərək komandanı Antalyaya, təlim-məşq toplanışına gətirib. Komanda üzvləri gündə iki dəfə hazırlıq keçirlər. Məşqdə ən çox diqqət çəkən məqam Qorxmazın futbolçularla ayrı-ayrılıqda yaxından maraqlanması və ciddi şəkildə onlara xəbərdarlıq etməsi oldu. Oyunçular məşqə qaçışla başladılar. Daha sonra isə taktiki tapşırıqlar yerinə yetirildi. Məşqin sonunda ikitərəfli oyun keçirildi. Hücum xəttində çıxış edən oyunçuların son nöqtədə başarılı olması üzləri güldürdü. Aşağı yaş qrupundan dörd futbolçunun da qatıldığı təlim-məşq toplanışının oktyabrın 12-də başa çatacağı gözlənilir”.
Məşqdən sonra isə Qorxmaz türkiyəli jurnalistlərlə görüşərək, onların suallarını cavablandırıb. Antalyadakı hazırlığın komandaya böyük fayda olacağını deyən Qorxmaz komandanı istədiyi səviyyəyə gətirmək üçün zamana ehtiyac duyduğunu bildirib: “Mövsümün əvvəlində komanda mən istədiyimdən tam fərqli sistemlə çalışıb. Qarşımızda 1 ay vaxt var. Bu müddət ərzində istədiyim sistemi komandaya oturtmağa çalışıram. Məndən möcüzə gözləməyin. Əlimdə sehirli çubuq yoxdur. Amma bu mövsümkü məqsədimiz çempion olmaqdır”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida