“Azərbaycan millisi hazırda Almaniyadadır. Onlar ilk növbədə Lixtenşteyni, biz isə Almaniyanı fikirləşirik. Amma oktyabrın 10-dan sonra hər ikimiz ancaq bir-birimizi fikirləşəcəyik. Çünki oktyabrın 14-də Bakıda Azərbaycan-Rusiya qarşılaşması keçiriləcək”. Qol.Az-ın məlumatına görə, bu fikirlər Rusiyanın “Vremya” nəşrində Rusiya millisinin oktyabrın 10-da Moskvada Almaniya və oktyabrın 14-də Bakıda Azərbaycanla keçirəcəyi dünya çempionatı 2010-un seçmə qrup qarşılaşmaları ilə bağlı hazırlanmış yazıda öz əksini tapıb. Rusiyalı həmkarlarımız bizimlə matçı dəyərləndirərkən heyətimizdəki itkilərdən xüsusi söhbət açıblar və həmin itkilərlə bağlı xəbərin Rusiya mil lisinin düşərgəsində sevinclə qarşılandığını qeyd ediblər: “Foqts Rusiya ilə oyunda 3 aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Saşa Yunisoğlu son anda zədələnərək heyətdən çıxarıldı. Samir Abbasov isə cəzalıdır. Ən əsası, Foqtsun boss olduğu “Azərbaycan "gəmi"si kapitansız qalıb. Ölkənin ən nüfuzlu futbolçusu sayılan Rəşad Sadıqov da zədə səbəbindən nə Lixtenşteynə, nə bizə qarşı oynaya biləcək. Bu fakt isə millimizin hücumçuları üçün göydəndüşmə oldu. Çünki 3 aparıcı müdafiəçi oynamayandan sonra tək Azərbaycana yox, lap dünya nəhənginə də qol vurmaq xeyli asanlaşmış olur”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida