Futbol üzrə I Divizion komandaları arasında keçirilən Azərbaycan birinciliyinin IV turun oyunları çərçivəsində Gəncədə şəhərin eyni adlı komandası ilə MKT "Araz" klubu arasında baş tutan görüşdə insident yaşanıb. Qol.Az-ın məlumatına görə, matçın sonlarına yaxın qonaqların əyləşdiyi ehtiyat oyunçular skamyasının arxasındakı tribunalardan azarkeşlər daş atıblar. Bu zaman İmişli klubunun üzləri və məşqçilər oturduqları yeri tərk edərək meydana axışıblar. Nəticədə baş hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. Polis işçilərinin işə qarışmasından sonra vəziyyət sabitləşib. Təəssüfləndirici hal odur ki, qonaq komandanın üzvləri analoji hərəkətə İmişlidə keçiriləcək matçda qarşılıq verəcəklərini bildiriblər. Xatırladaq ki, komandalar arasında matç qolsuz bərabərliklə başa çatmışdı.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida