“Neftçi”nin yeni baş məşqçisi Vaqif Sadıqov milli komandadan ayrılmasına dair yayılan xəbərləri təkzib edib. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis ən azından seçmə mərhələnin sonuna qədər bir nömrəli komandamızda çalışacağını bildirib: “Təqdimat mərasimində eyni anda iki vəzifəni icra etməyin məqsədəuyğun olmadığını ifadə etdim. Amma milli hər birimizindir. Mən əvvəldən demişəm ki, hamımız inkişaf naminə Berti Foqtsa kömək etməliyik. İndi komandadan ayrılmayacağam. Foqts məndən oktyabrın 10-da “Lujniki”də keçiriləcək Rusiya - Almaniya görüşünü izləməyi xahiş etdi. Bu istəyi yerinə yetirib, Rusiyaya yollanacağam və Foqtsa lazım olan məlumatı toplayacağam. Yəni bu seçmə mərhələnin sonuna qədər millidə çalışacağam. Ayın 14-də, yəni komandamızın son oyunun ardından millidə qalıb-qalmayacağım bilinəcək”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı