Azərbaycanlı futbolçular “Bavariya”da

Azərbaycanlı futbolçular “Bavariya”da
XƏBƏR 2 Oktyabr 2009 / 17:29 2218
-  A +

Almaniyada işgüzar səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Münxenin «Bavariya» klubunun meneceri Uli Hönes və klubun gənclər komandalarının meneceri Verner Kernlə görüşüb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, görüşdə AFFA ilə «Bavariya» klubu arasında qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Danışıqlar zamanı aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının 4 üzvünün noyabrda Münxen klubunun düşərgəsində təlim-məşq toplanışında iştirakı ilə bağlı razılıq əldə olunub.

Son xəbərlər