“Mətbuatda komandamız haqqında gedən bəzi yazıları, fikirləri oxuyanda təəssüflənirəm. Bəzən deyirlər ki, güya hakimlər “Simurq”a kömək edir, onun qələbəsinə yardımçı olurlar. Təəssüf ki, çoxları, xüsusən də bəzi klublarımız “Simurq”un uğurlarını həzm edə bimirlər. Heç kim barışmaq istəmir ki, “Simurq” artıq 2 il bundan qabaqkı “Simurq” deyil və iddiaları da xeyli artıb”. Bu sözləri Qol.Az-a açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov hakimlərin onun komandasına komək etməsilə bağlı iddialara toxunarkən deyib. “Hakimlər bizə kömək etmirlər. Sadəcə, digər klublarla aramızda tarazlıq yaradıblar. Buna görə hakimlər komitəsinə sağ ol deyirəm. Səhv hər bir insanda olur, o cümlədən də hakimdə. Məni tanıyanlar, mətbuatdakı çıxışlarımı izləyənlər bilir ki, heç vaxt hakimlər haqqında danışmamışam və onların da qərarlarına şərh verməmişəm. Uduzunda ilk növbədə günahı özümüzdə, əvvəlcə Pokorada, sonra isə futbolçularda görmüşəm”.
Zaur Məmmədov komandasının oyun planını tənqid edənlərə də cavab verib: “Bəzən “Simurq”un oyun dəsti-xəttini də tənqid edirlər ki, guya biz qol vurandan sonra arxaya çəkilib hesabı qoruyuruq, nəticəyə hesablanmış praqmatik, müdafiə futbolu oynayırıq. Əslində isə belə deyil. Hər komandaya qarşı onun oyun tərzinə uyğun taktika seçməlisən. Lazım olanda müdafiə də olunmalısan, hücum da etməlisən”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı