“Söhbət, çempionatda yaranmış indiki fasiləyə olan narazılıqdan getmir. Bizim narazılığımız ümumiyyətlə, çempionatda yaranmış planlaşdırılmamış fasilələrlə bağlıdır. Həmin fasilələr adamı boğaza yığıb”. Bu sözləri Qol.Az-a Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov PFL prezidenti Ramin Musayevin saytımıza “çempionatdakı bu fasilə əvvəlcədən təqvimdə nəzərdə tutulmuşdu. Klublar niyə o zaman yox, indi etiraz edirlər?” açıqlamasına cavab olaraq deyib: “Konkret III turun təxirə salınmasını nəzərdə tuturam. O təxirəsalma planda yox idi. Amma milliyə görə bunu etdilər. Milli komandaya görə çempionatda fasilə yaratmaq olar. İndi bunu hər ölkə bir müddətə edir. Kimi 5 gün, kimi 1 həftə. Bizdə də 21 gün ediblər. Yenə deyirəm, o qədər planlaşdırılmamış fasilələr olur ki, artıq planlaşdırılmış fasilə yarananda istər-istəməz ciddi narazılıqlar da ortaya çıxır”. Məmmədov bir daha bunun zərərli tərəflərindən danışıb: “Bu, birmənalı şəkildə komandanın oyununa təsir edəcək. Çempionatda tez-tez fasilə yarananda klub da bezir, futbolçu da. Nə qədər olar axı. Təzə-təzə qızışırsan, forma yığırsan, sonra fasilə yaranır və yenidən o formanı itirirsən”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı