“Xəzər Lənkəran”ı Türkiyəyə təlim-məşq toplanışına aparan təyyarə artıq Antalya Hava Limanında yerə enib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Adora Golf Resort Hotel”də məskunlaşacaq “ağ-yaşıllar” burada oktyabrın 11-dək üç sınaq matçı keçirməyi planlaşdırır. “Xəzər-Lənkəran” səfərə aşağıdakı heyətdə yollanıb:
Qapıçılar: Dmitri Kramarenko, Zabit Səfərov
Müdafiəçilər: Fatih Sonkaya, İvan Pexa, Kostadin Cambazov, Radomir Todorov, Tomas İneman, Denis Silva
Yarımmüdafiəçilər: Devran Ayhan, Ceyhun Sultanov, Junior Osvaldo, Ruslan Poladov, Alim Qurbanov, Mario Souza, Ramazan Abbasov, Rəşad Kərimov
Hücumçular: Allan Lalin, İvan Svetkov.
Digər futbolçular Kamran Ağayevlə Rahid Əmirquliyev Azərbaycan, Denis Kalinkov Moldova əsas milli komandasının, Nizami Hacıyev Azərbaycanın gənclərdən ibarət milli komandasının düşərgəsinə yollanıblar. Gənc Kazım kazımlı isə hazırda 17 yaşlı futbolçulardan ibarət milli komandamızın heyətində İtaliyada təlim-məşq toplanışında iştirak edir. Dieqo Souza isə Unibank Premyer Liqası çərçivəsində keçirilən son oyunda ciddi şəkildə zədələnərək əməliyyat olunub və ümumiyyətlə, yaşıl meydanlardan kənarda qalıb.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı