Mübariz Mənsimov adının cinayətdə hallanmasına reaksiya verdi

Mübariz Mənsimov adının cinayətdə hallanmasına reaksiya verdi
XƏBƏR 1 Oktyabr 2009 / 13:25 2109
-  A +

Adı İstanbuldakı qalmaqallı cinayət işində hallandırılan azərbaycanlı iş adamı Mübariz Mənsimov haqqındakı iddialarla bağlı açıqlama verib. “Palmali” Şirkətlər Qrupunun rəhbəri Türkiyə mətbuatına danışaraq nə rüşvətlə, nə də Sibel Çarmıklı adlı qadınla işi olduğunu deyib: “Hansı ərazidən söhbət getdiyini bilmirəm. Bizim Ulusta (İstanbulda bölgə) satın aldığımız binaların üzərində yerləşdiyi 6 min kvadrat metrlik ərazimiz var. Bu ərazidə keçmiş İşıqlar Holdinqə aid 3 mərtəbəli idarə binası vardı. İşıqlar Holdinq iflasa uğradıqdan sonra Tasarrüf Mevduatı Sığorta Fondu bu binaları tenderlə satdı. Biz də tenderə qatıldıq, ən yüksək təklifi verib satın aldıq.
Ərazini aldığımız zaman burada Türkiyədə heç olmayan uşaq və qadın xəstəxanası tikəcəyimizi açıqlamışdıq. Bütün lazımi icazələri alaraq xəstəxananın inşasına başladıq. 2008-ci ilin sonunda hərbçilər bizim ərazimizə “inşaat qadağandır” rəyi verib. Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyinə müraciət etdik. Müzakirələrimiz davam edir. Ancaq bizim Ulusdakı ərazimizin qarşısında Milli Əmlak Qurumuna aid, üzərində qadağan rəyi olan bir ərazi var. Mənim anladığım qədər xəbərlərdə haqqında söhbət gedən də bizim ərazimiz deyil, bu ərazidir”.
M.Mənsimov Sibel Çarmıklı adlı qadınla görüşmədiyini deyib: “Onun “Palmali” ilə nə işi ola bilər ki? Neftmi satır, gəmisimi var? Birlikdə görə biləcəyimiz heç bir işimiz yoxdur. Yaxından-uzaqdan heç bir işimiz olmayıb, olmayacaq da. “Palmali” Şirkətlər Qrupunun bir prinsipi var. Biz yalnız Türkiyədə deyil, 45 dövlətdə çalışırıq. Bütün işləri də qanunlar çərçivəsində görürük. Heç bir dövlət idarəsi və ya qurum rüşvət və ya qanunsuz iş təklifi edə bilməz. Belə məqsədlə mənim ofisimə gələni də şəxsən özüm zopa ilə döyə-döyə polisə apararam. Rüşvət iddialarının mənimlə və şirkətlərimlə əlaqələndirilməsi həqiqətdən tam uzaqdır. İnşallah, hər şey ortaya çıxar. Dövlət bu işin üstünə getməlidir. Dövlət getməsə də, mən bu işi belə buraxmayacağam. “Palmali” və Mübariz Mənsimov adı dünyanın heç bir yerində rüşvət olayında olmayıb və olmayacaq. Belə çirkin oyunların olduğu yerdə “Palmali” durmaz”.
İş adamı aldığı əraziyə sonradan “inşaat qadağandır” rəyinin verilməsinə də toxunub: “Biz bu ərazini hər hansı şəxsdən deyil, dövlətin qurumundan aldıq. 2006-cı ildə tenderdə udduq, o zaman heç bir şərh yox idi. 2008-ci ilin sonunda belə bir rəy veriblər. Mən bir yatırımçı olaraq Türkiyədə yatırım qoymadan əvvəl düşünməyin lazım gəldiyini anlayıram. Biriləri bir oyun oynayır. Bürokratik dairələrmi, ordumu, bilmirəm. Ancaq bir iş adamının üzərində belə bir oyunların oynanması doğru deyil. İki həftədir inşaatımız dayandırılıb. Məhkəməyə müraciət etdik. 20 min kvadratmetrlik xəstəxananı Türkiyədə 4 ildə bitirə bilmədik. Əngəllərlə, bürokratiya ilə mübarizə aparırıq. “Mən buradan raket fırladacam, hərbi bölgədir” deyə mənim ərazimə rəy verilir. Məndən əvvəl eyni ərazidə olan 18 metr yüksəklikdəki bina raketlərə mane olmurdu, mənim 11 metrlik binam mane olacaq?”.

Mənbə: mediaforum.az


Son xəbərlər