Bülənt Qorxmazın “Bakı”ya baş məşqçi təyin olunması Türkiyədə hələ də müzakirə olunur. Qol.Az-ın məlumatına görə, “Zaman” qəzeti bugünkü sayında təkcə Qorxmaza deyil, həm də çempionatımızda çıxış edən digər türkiyəli futbolçular və məşqçilərə də yer ayırıb. “Asiyaya köçürük” başlıqlı yazıda qeyd olunur: “Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Qorxmazın Azərbaycanın “Bakı” klubuna baş məşqçi təyin olunması gözləri yenidən Şərq ölkələrinə yönləndirdi. Xüsusən də azəri neft şirkətlərinin son illərdə öz ölkələrindəki futbol klublarına sponsorluq etməsi nəticəsində Türkiyədəki bir çox məşqçi və futbolçular Asiya yolunu seçdilər”.
Yazıda həmçinin bugünədək ölkəmizdə çalışan bəzi məşqçi və futbolçuların da adları çəkilib: “Beşiktaş”da çıxış edən və sonradan baş məşqçi işləyən Rasim Kara azəri klubu “Xəzər Lənkəran”la yanaşı “Qarabağ”ı da çalışdırıb. Karayla birlikdə Lənkərana yollanan Oktay Dərəliğolu isə yeni komandasında keçirdiyi 34 matçda 35 qol vurmaqla diqqətləri yenidən üzərinə toplayıb.
Naci Şensoy da 2002-2003 və 2004-2005 mövsümlərində “Turan” Tovuzu çalışdırıb, həmçinin də bu komandanın çempionluq uğrunda mübarizə aparmasında rol oynayıb. Keçmiş “Qalatasaray”lı Suat Usta “Neftçi” Bakıda, “Sivasspor”lu Ayhan Devran isə hələ də “Xəzər Lənkəran”da forma geyir”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı